İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


26.10.2023  01:13 

Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır..-Netanyahu





A+  A-

“İsrail ordusu Qəzza zolağında əməliyyatın yerüstü mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir.

Xəzərnews.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciətində deyib.

Onun sözlərinə görə, İsrail Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə atəş açmaqla minlərlə terrorçunu zərərsizləşdirib:

“Bu, hələ başlanğıcdır. Bundan əlavə, yerüstü əməliyyatlara da hazırlaşırıq. Bunun nə vaxt, necə olacağını deməyəcəyəm, nəzərə aldığımız bütün amilləri açıqlamayacağam. Onların əksəriyyəti ictimaiyyətə məlum deyil”.

Netanyahu təsdiqləyib ki, Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır: HƏMAS-ın inzibati strukturunun və hərbi potensialının tamamilə aradan qaldırılması və anklavda saxlanılan bütün girovların azad edilməsi.

O vurğulayıb ki, İsrailin hərbi-siyasi rəhbərliyi “qələbəyə qədər öz məqsədlərinə çatmaq üçün gecə-gündüz işləyir”:

“Burada heç bir siyasi faktor yoxdur, bizim qarşımızda yalnız bir vəzifə var - ölkəni xilas etmək, qələbəyə nail olmaq. Yerüstü əməliyyatın başlama vaxtı ilə bağlı qərarı ölkənin Nazirlər Kabineti və Ordu Baş Qərargahı yekdilliklə qəbul edəcək. Biz döyüşçülərimiz üçün optimal şəraitin təmin edilməsi üçün hər şeyi edirik”.


Xəbər 2283 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +