Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


10.01.2023  12:05 

Naxçıvanda bu içkilər bahalaşdı - Səbəb?





A+  A-

Naxçıvanda Rusiya istehsalı olan spirti içkilərin qiyməti kəskin bahalşıb. Məsələn, bir neçə gün öncə 13 manata satılan "Stoliçnaya" arağı indi 19 manat 50 qəpik olub.

XəzərNews.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib.

Naxçıvan şəhər sakini deyir ki, Rusiya istehsalı olan digər araqlar da eyni qaydada bahalaşıb:

"Naxçıvanda Rusiya arağı həmişə Bakıdan ucuz olub. Çeşidindən və tutumundan asılı olaraq, bu marka aralar Bakıya nisbətən 5, bəzən isə 10 manat ucuz satılırdı. Məsələn yarım litrlik “Nemiroff” arağı Naxçıvanda 12 manata satılanda Bakıda 18 manat olub. İndi həmin araq 20 manata satılır".

Naxçıvanda spirtli içkilərin satışı ilə məşğul olan Kərim Quliyev deyir ki, bahalanmaya səbəb, topdan satış qiymətlərinin qalxması olub. O deyir ki, məqsəd, Bakı istehsalı olan məhsulların yaxşı satışını təmin etməkdir:

“Talıbovların vaxtında Naxçıvana Bakı istehsalı olan araqlar buraxılmırdı. Yalnız, yerli və Rusiya istehsalı olan spirtli içkilər satılırdı. Hakimiyyət dəyişən kimi Bakı araqlarını Naxçıvana daşıdılar. Rusiya araqlarının qiymətini qaldırdılar ki, gətirdikləri Bakı arağı yaxşı satılsın. İndi Rusiya arağı bahalanıb deyə, hamı Bakı arağı alır".

Məlumata görə, Naxçıvandakı spirtli içki istehsal edən zavodların bağlanılması gözlənilir.

Xəbər 3204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +