Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


29.11.2022  18:25 

“Biz İranı seçim etməyə çağırdıq” - Hacı Taleh





A+  A-

Hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə Azərbaycan və İran arasında yaranmış gərginliyə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, Gununsesi.info-ya yolladığı açıqlamasında Taleh Bağırzadə bildirib ki, bu iddiaları alt-üst edəcək faktlar var: “Dindar olmaq o demək deyil ki, başqa ölkəyə işləyirsən. Müsəlman Birliyi Hərəkatı olaraq, hər zaman Azərbaycanın müstəqilliyinin və dövlətinin yanında olduğumuzu ortaya qoymuşuq. 44 günlük Vətən savaşı başlayanda bizim bəyanatımız oldu ki, İran İslam Respublikası öz mövqeyini ortaya qoymalıdır. Biz İranı seçim etməyə çağırdıq. Ya haqlı Azərbaycanın, ya da uşaq qatili olan Ermənistanın yanında olduğunu elan etsin. Bizim bu bəyanatımız mətbuatda dərc edilib”.

Bağırzadə xatırladır ki, eyni zaman 2022-ci ilin avqustunda Bötük Britaniyada səfirliyimizə basqın olanda da eyni mövqe sərgiləyib: “O zaman da bəyanat verdik və bildirdik ki, bayrağımız müstəqilliyimizin rəmzidir. Müstəqilliyimiz isə bizim üçün qırmızı xəttdir. Bundan başqa İran bəyanat verəndə ki, Zəngəzur dəhlizi bizim üçün qırmızı xəttdir. O zaman da Müsəlman Birliyi Hərəkatı olaraq, bəyan etdik ki, biz ordumuzun yanındayıq”.

“Azərbaycan dövlətinin yanında olmağın başqa hansı forması var” sual edən Bağırzadə daha sonra “Bu gün də dövlətimizin yanındayıq”, - deyə o, bəyan edib.

Qeyd edək ki, zaman-zaman Taleh Bağırzadənin İranının xüsusi xidmət orqanları və siyasi dairələri ilə iş birliyində olmasına dair iddialar səsləndirilib.


Xəbər 2453 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +