“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


18.10.2022  09:34 

Tikinti maqnatı məhkəməyə verildi





A+  A-

“Qurtuluş 93 Yaşayış Kompleksi” MMC məhkəməlik olub.

İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozan şirkət barəsində protokol tərtib edilib.

Şirkət “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə ittiham olunur.

İddia təsdiqini taparsa, şirkət rəhbərliyini beş min manat məbləğində cərimə gözləyir. İşə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova “Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı./“Qafqazinfo”

Xəbər 2524 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +