“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


29.06.2022  11:10 

“İnstagram” işlədən arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT





A+  A-

Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib - red.) xəsarət yetirib.

XəzərNews.az demokrat.az-a istinadən bildirir ki, hadisə bu ilin aprelin 14-də rayonun M.Hadi küçəsində baş verib. Əli yaşadığı mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadının sifət nahiyəsinə yumruqla vurub, onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təöqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bahar ilə 2014-cü il tarixdə ailə həyatı qurub: "Birgə nikahdan 2 azyaşlı övladımız var. Yoldaşım ilə əvvəllə mehriban yaşasaq da, son zamanlar onun "İnstagram" işlətməsi üstündə aramızda tez-tez ailə məişət zəminində mübahisələri yarandı".

Əli qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 15 radələrində yaşadıqları mənzildə Bahar ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən vurub: "Daha sonra Bahar evdən çıxaraq getdi. Əməlimdən peşmanam. Mehribanla barışmışam".
Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Xəbər 3322 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +