“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


20.12.2021  13:23 

Jurnalist tənqidi paylaşımlarına görə cərimələndi





A+  A-

Sosial şəbəkələrdə ordu ilə bağlı yazılar paylaşan jurnalist Səxavət Məmməd cərimələnib.

XəzərNews.az xəbər verir ki, bu barədə S.Məmməd özü məlumat verib. O bildirib ki, dekabrın 18-də Baş Prokurorluğa dəvət edilib: “İzahatımı aldılar, daha sonra söhbət etdik.

Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım.

İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə) maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi.

Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım”.

Xəbər 2952 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +