“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


17.12.2021  20:11 

Əmək haqqı artımı istehlak səbətinin dəyəri ilə mütənasibmi?





A+  A-

“Yanvarın 1-dən minimum əmək haqqının 300 manata artırılması ədalətli sosial siyasətin təntənəsi kimi təqdim edilir. Amma əgər inflyasiyanın etibarlı ölçümü olsa, istehlak səbətinin dəyəri obyektiv şəkildə indeksasiya edilsə, hər kəs görər ki, məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir”.

XəzərNews.az xəbər verir ki, bu fikirlərin müəllifi iqtisadçı ekspert Rövşən Agayevdir.

R.Ağayev bildirib ki, 2022-ci ilin minimum istehlak səbətinin dəyəri cəmi 7% artırılır:

“Halbuki dəyər etibarı ilə strukturunun ən azı 70%-ni qida məhsullarından formalaşan bu normativdə ağırlıqlı olaraq qida inflyasiyasının səviyyəsi nəzərə alınmalıydı. Hətta ictimai etimad qazanmayan rəsmi statistik mənbə belə qida qiymətlərinin bu ilin noyabrında ötən ilin eyni dövrünə nisbətən 15% yüksək olduğunu qeyd edir. Yəni siz keçən il noyabrda 100 manata aldığınız qida səbətini indi 115 manata alırsınız.

İkincisi, xidmətlər səbətində kəskin bahalaşma oldu. Təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 7 manat artır.

Üçüncü vacib məqam - hazırkı istehlak səbəti yalnız mərkəzləşdirilmiş sistemlə istilik əldə edən ev təsərrüfatları üçün normativ müəyyən edib (hər 12 kv. metr üçün ayda 0.15 manat). Halbuki ən yaxşı halda 10-15% insanın bu xidmətə çıxışı var. Əgər kimsə desə ki, minimum səbətdə bir nəfər üçün aylıq 21 kub qaz istehlakı var, o zaman yanılacaq. Çünki 4 nəfərlik ailə 84 kub qazla ən kiçik mənzili heç 10 gün qızdıra bilməz. Yəni bu necə səbətdirsə, orda insanın ən təməl ehtiyaclarından biri olan özünü soyuqdan qoruma xidməti nəzərə alınmayıb.

Nəhayət, illərlə dediyimiz vacib bir məqamı bir də deməkdə fayda var: hazırkı istehlak səbətinin strukturu və normativləri 3-cü dünya ölkələrinin standartlarına uyğundur. Hakbuki Azərbaycan artıq 15 ildir adambaşına milli gəlirin səviyyəsinə görə Dünya Bankının təsnifatında orta yuxarı gəlirli ölkələr qrupuna daxil olub...”


Xəbər 3395 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +