Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


12.12.2021  15:40 

“İlham Əliyevlə Nikol Paşinyanın görüşü nəzərdə tutulub”





A+  A-

“Dekabrın 15-də Brüssel şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında Zirvə görüşü keçiriləcək. Həmin görüşdə Prezident İlham Əliyev də iştirak edəcək”.

XəzərNews.az xəbər verir ki, bunu AZTV-yə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, orada həm Aİ ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq:

“Eyni zamanda, belə formatlarda bir qayda olaraq çoxsaylı ikitərəfli görüşlər keçirilir. İstisna deyil ki, digər beynəlxalq qurumların rəhbərləri ilə görüşlər olacaq. Həmçinin, Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir.

Son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edirik ki, bu da çox vacib görüşlərdən biridir. Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq”.

Xəbər 3293 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +