“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


12.10.2021  16:00 

“Media əxlaqından kənarda jurnalistika yoxdur” - Natiq Məmmədli





A+  A-

“Hər yerdə olduğu kimi Azərbaycanda da medianın əsas məsələsi ona cəmiyyətin inamıdır. Mediaya inam isə media əxlaqı ilə birbaşa bağlıdır. Media əxlaqından kənarda jurnalistika olmur, olarsa, bu, kobud propoqanda vasitəsidir, jurnalistika deyil”.

XəzərNews xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bu gün Zoom platforması üzərindən təşkil etdiyi “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” adlı konfransda Agentliyin şöbə müdiri Natiq Məmmədli bildirib.

N. Məmmədli qeyd edib ki, dünyada beynəlxalq hüquq və digər humanist dəyərlər kimi jurnalistika standartları da böhran keçirir və biz bunun Azərbaycana münasibətdə, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı bir daha şahidi olduq.

“Ötən əsrin 70-ci illərində Amerika medaisında formalaşmış “qonzo jurnalistika” jurnalistikanın bütün prinsiplərini rədd edirdi, yalnız subyektiv mülahizələrlə əsaslanır, peşə etkisanı saya salmırdı. Biz Vətən müharibəsi zamanı “WarGonzo kanalı”nın və yalançı Peqovun timsalında belə bir dezinformasiya maşının Azərbayacana necə çamur atdığını gördük”, - deyə N.Məmmədli vurğulayıb.

Onun sözlərinə görə Azərbaycan jurnalistləri ölkəmizə yönələn təhdidlərə cavab verəndə də məhz peşə etikasına istinad etməlidirlər: “Hüquqi məsuliyytədən fərqli olaraq əxlaqi məsuliyyət insan tərəfindən dərk olunmuş, daha geniş spektri əhatə edən və mədəni səviyyə ilə bağlı olan məsuliyyətdir. Jurnalist media əxlaqını anlamır və ya prinsipləri pozursa o, həm media cameəsi, həm də cəmiyyət tərəfindən ictimai qınağa tuş gələ və reputasiyasını korlaya bilər”.

Xəbər 3752 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +