Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


14.07.2021  09:26 

Qızını xilas etmək istəyən ana boğulub öldü





A+  A-

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Mustafayeva Məmmədağa qızı 13 yaşlı övladı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb.

Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb və uşağı xilas edə bilib.

Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də, mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.

Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu, artıq son illər ərzində birinci hadisə deyil. Ərazidən keçən Samur-Abşeron və Samur-Dəvəçi su kanallarının üzərində qoruyucu örtük və ya ərazini mühafizə dəmir torlarla əhatələnməməsi insanların və heyvanların bu kanallara düşməsinə səbəb olur.

Xəbər 3384 dəfə oxunub.



20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +