Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


04.02.2021  17:36 

Narkotik alverçisi və silahlı şəxs saxlanıldı





A+  A-

Bakıda narkotik satan və silahlı şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Emil Məmmədov tutulub.

Şəxsi axtarış zamanı ondan 33 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. E.Məmmədovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 3 kiloqram 290 qram heroin, 1 kiloqram 322 qrama yaxın metamfetamin və 240 qram marixuana götürülüb.

Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Həyata keçirilən digər bir əməliyyat nəticəsində isə paytaxt sakini Eldar Useynov saxlanılıb. Onun üzərinə və idarə etdiyi minik maşınına baxış zamanı ümumi çəkisi 25 qrama yaxın olan narkotik vasitə heroin, 1 ədəd “Borxard-Lüger” konstruksiyalı tapança və 27 ədəd parton aşkar edilərək götürülüb.

E.Useynov ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Hər iki şəxs tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.



Xəbər 3637 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +