“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


30.01.2021  14:19 

Özünə ad günü keçirirdi, 46 nəfərlə birlikdə saxlanıldı





A+  A-

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.
Bu barədə XəzərNews.az-a DİN-dən məlumat verilib.

Belə ki, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq, öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orada olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib.

Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

Xəbər 3636 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +