“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


30.01.2021  12:54 

Ağdamda Birgə Monitorinq Mərkəzi açıldı





A+  A-

Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Zakir Həsənov, Yunus Əmrə Qaraosmanoğlu və Aleksandr Fomin əvvəlcə Mərkəzin önündəki rəmzi qırmızı lenti kəsiblər.

Sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib. Daha sonra qonaqlar Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Qeyd edilib ki, Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub.

Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, çamaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.

Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.

Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Açılış tədbiri Azərbaycan, Türkiyə və Rusiya rəsmilərinin ağacəkmə mərasimi ilə yekunlaşıb.

Xəbər 4607 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +