“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


16.11.2020  21:03 

İranda karantin sərtləşdirilir: iş yerləri bağlanacaq





A+  A-

İranda yenidən karantin rejimi sərtləşdirilir.
XəzərNews.az xəbər verir ki, noyabrın 21-dən etibarən, paytaxt Tehran başda olmaqla, 31 əyalətin 25-də "məcburi" xarakter daşımayan bütün iş yerləri bağlanacaq. Çörək bişirmə sexləri, xalqın əsas qida ehtiyaclarını ödəyən mərkəzlər, eləcə də xəstəxanalar fəaliyyətini davam etdirəcək. Vəziyyətdən asılı olaraq iş yerlərində çalışanların sadəcə üçdə biri işə gedə biləcək.

25 əyalətə giriş-çıxışa məhdudiyyətlər qoyulacaq. "Yüksək riskli" yerlərdə avtomobillər şəhər kənarına çıxa bilməyəcək, şəhərlərarası səyahət qadağan ediləcək.

Qeyd edək ki, İranda sutka ərzində 486 nəfər virusdan ölüb. 1 353 nəfərin testi pozitiv çıxıb. Ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 41 979, yoluxanların sayı 775 121 nəfər təşkil edir.

Xəbər 3533 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +