İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


02.11.2020  12:54 

Hərbi vəziyyətin tələblərini pozanlarla bağlı AÇIQLAMA





A+  A-

Daxili İşlər Nazirliyinin əməkdaşları hərbi vəziyyət və komendat saatının tələblərinə riayət edilməsilə bağlı nəzarət tədbirlərini davam etdirir.
XəzərNews.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, nəzarət zəmanı əsas məqsəd insanların cərimlənməsi deyil, qaydalara riayət edilməsinə təşviq etməkdir:

“Bu baxımdan hər gün komendant saatını pozan vətəndaşlarımız olur. Onlarla söhbət aparılır. Amma təbii ki, komendant saatına bilərəkdən riayət etməyən vətəndaşlarımız qanuna müvafiq qaydada cərimlənirlər”.

E.Zahidov hərbi vəziyyətin tələblərini pozan vətəndaşların dəqiq sayı barədə açıqlama verməyib.

Xatırladaq ki, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

Xəbər 3943 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +