İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


01.11.2020  12:48 

Düşmən Qarabağda Əsəd rejiminin taktikasını tətbiq edir





A+  A-

Ermənistan silahlı qüvvələri Qarabağda özündə kimyəvi silahın elementlərini ehtiva edən fosfor tərkibli döyüş sursatı tətbiq edir.
XəzərNews.az-ın Ordu.az-a istinadən məlumatına görə, düşmən bununla tətbiq edilən Pilotsuz Uçuş Aparatlarının görüntüləri üçün də maneələr yaratmağa çalışır.

Bu, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə konvensiyalarının, eləcə də BMT-nin müvafiq konvensiyaları və sənədləri ilə nəzərdə tutulmuş müddəların ən kobud şəkildə pozuntusudur və Azərbaycan Ordusuna zərər vurmaq məqsədini güdməkdən başqa, həmçinin kütləvi meşə yanğınları və qeyd olunan ərazidə ekoloji fəlakətin real təhlükələrini yaratmaq niyyəti güdür.

Ötən gün Müdafiə Nazirliyinin də yaydığı məlumata görə, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Qeyd edək ki, ağ fosfor bombasını əsasən Ermənistanın müttəfiqi olan terrorçu Əsəd rejimi qüvvələri İdlib vilayətinin atəşkəs zonasını bombardman edərkən, habelə Şərqi Qutada istifadə edib.

Xatırladaq ki, ağ fosfordan silah kimi istifadə olunması beynəlxalq hüquqla qadağandır. Nəfəs yolu ilə orqanizmi zəhərləyən fosfor yanma reaksiyası ilə daha çox beyin ilə ağciyərlərdə xəsarət yaradaraq ağır yaralanma və ölümə səbəb olur.



Xəbər 3576 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +