İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


08.09.2020  10:03 

Avtobuslardakı sıxlıq yenə gündəmdə





A+  A-

Bakı Metropoliteninin işləməməsi xüsusən günün pik saatlarında avtobuslarda sıxlığın yaranmasına səbəb olur.
XəzərNews.az xəbər verir ki, bununla bağlı jurnalist Gülşən Raufqızı da sosial şəbəkədə paylaşım edib. “İşərişəhər” stansiyasının yaxınlığındakı dayanacaqda çəkdiyi fotoşəkilləri paylaşan jurnalist bildirib ki, metro ilə 15 dəqiqə vaxt alan yol avtobuslarda saatlarla uzanır. Fotolardan görünür ki, əhali marşruta minmək üçün bütün karantin qaydalarını pozmaq məcburiyyətində qalır, sosial məsafə qorunmur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, yumşaldılmalar və qadağaların aradan qalxması ilə sərnişin sayında təbii olaraq artım baş verib. Onun sözlərinə görə, sərnişin sıxlığını aradan qaldırmaq üçün bütün avtobuslar xəttə buraxılıb:

“Artıq gündəlik 1 milyon 900 000 sərnişin sayı qeydə alınır. Bütün avtobus deposu qarajlarında nə qədər avtobus varsa, hamısı hər gün xəttə çıxarılır. Bu gün gündəlik xəttə çıxan avtobus sayı 2260-dan artıqdır. Bundan əlavə, yollarda xüsusilə səhər və axşam pik saatlarında nəqliyyat sıxlığı olur. Bunun özü də avtobusların hərəkətinə ciddi maneə yaradır. Gün ərzində H.Əliyev prospekti şəhər istiqamətində, kənar yolda sıxlıq olub. Bu yolda olan sıxlıqda “Koroğlu” stansiyasından şəhər istiqamətinə gedən avtobuslar gecikmə ilə hərəkət edib. Bu mənzərənin yaranması da bu gecikmə ilə bağlıdır”.

M. Ağayev həmçinin əlavə edib ki, bu problemlərin olmaması üçün xüsusi zolaqlar olmalıdır və hazırda bunun üzərində iş aparılır.

Xəbər 2605 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +