İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


02.04.2020  12:15 

Masazırdakı post nə məqsədlə qurulub?





A+  A-

“Bakı, Sumqayıt, Abşeron şəhərləri daxilində avtomobillərin hərəkəti sərbəstdir. Masazırda postun qurulmasında, avtomobillərin saxlanılmasında məqsəd lüzumsuz yerə öz avtomobili ilə şəhərə çıxanları müəyyən etməkdir”.
XəzərNews.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də deyib. O qeyd edib ki, bu, həmin şəxslərin avtomobilini və ya özünü evə qaytarmaq məqsədi daşıyır: “Bu məqsədlə postlar fəaliyyət göstərir”.

Ə.Baqişev deyib ki, hazırda qaydaları pozanlar daha çox Bakı şəhərindədir:

“Nəqliyyat vasitələrinin hərəkəti bacardıqca məhdudlaşdırılır. Vətəndaşın işə getməyə icazəsi varsa, o avtomobili ilə işə gedə bilər. Amma çalışdığımız qədər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırırıq. Tövsiyə edirik ki, işə gedərkən digər nəqliyyat vasitələrindən istifadə etsinlər. İctimai nəqliyyatdan istifadə də təhlükəlidir. Təhlükə hər yerdə var. Heç kim bu təhlükədən sığortalanmayıb. Bu virus təhlükəlidir. Biz hamımız bir yerdə karantin rejiminə ciddi əməl etməklə vətəndaşların dövlətlə münasibətini tənzimləməklə hamımız birgə bu bəladan qurtula bilərik”.

Xəbər 2997 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +