İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


29.02.2020  16:49 

AZAL İrana uçuşları məhdudlaşdırdı





A+  A-

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC İrana və İrandan dan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.
XəzərNews.az AZAL-a istinadən xəbər verir ki, fevralın 29-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - [email protected] ilə əlaqə saxlaya bilər.

Əvvəl də qeyd edildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görmüşdür.

Xəbər 3851 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +