Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


18.12.2019  15:43 

Tünzalə Aygün Kazımova ilə küsülülükdən danışdı





A+  A-

İki Xalq artisti - Aygün Kazımova ilə Tünzalə Ağayeva arasında inciklik və küsülülük heç kimə sirr deyil. Kazımova oktyabr ayında “Xalq artisti” fəxri ada layiq görülən Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifi şəxsi “Instagram” hesabında təbrik etməklə həmkarları ilə aralarında əsən “şimal küləklərini” “cənub”la əvəz etmişdi.
XəzərNews.az bildirir ki, tədbirlərin birində iştirak edən Tünzalə Ağayeva Oxu.Az-ın əməkdaşının “Xalq artisti” adına layiq görüləndə sizi küsülü olduğunuz həmkarınız Aygün Kazımova da təbrik etdi. Bu addımı necə qiymətləndirirsiniz?” sualına bu cür reaksiya verdi:

“Məni təbrik edən həmkarlarıma minnətdarlığımı bildirirəm. Təbii ki, hamının diqqəti bizim üçün əzizdir. Yalnız minnətdar olmaq lazımdır”.

Sənətçinin Yeni il ərəfəsində düşmən kəsildiyi digər həmkarları ilə barışıb-barışmayacağına cavabı gözlənilməz oldu:

“Heç vaxt, heç kimdən küsməmişəm. Özümü kimsənin düşməni saymıram. Bu sualı qarşı tərəfdəki insana versəniz, daha yaxşı olar. Kimi nəzərdə tutduğunuzu bilmirəm. Heç vaxt savaş tərəfdarı olmamışam”.

Qeyd edək ki, Aygün Kazımova ilə Tünzalə Ağayeva dəfələrlə bir araya gəlsələr də, bir-birini danışdırmayıblar. Onlar arasında soyuqluq “106.3 FM”in doğum günündə bir-biri ilə salamlaşmayandan sonra başlayıb.

Xəbər 2992 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +