İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


01.02.2019  13:29 

“Yenə dilinə sahib çıxmır…” - Qalmaqal böyüyür





A+  A-

Müğənni Mətanət Əsədova ilə aparıcı Sərxan Kərəmoğlu arasında yaranan gərginlik artmağa başlayıb.
XəzərNews.az xəbər verir ki, aparıcı tərəfindən məhkəməyə verilən sənətçi “Hər şey daxil” proqramına telefonla bağlanaraq Sərxan barədə açıqlama verib.

Mətanət canlı efirdə qonaq olan Sərxana müraciət edərək birinci onun təhqiredici sözlərdən istifadə etdiyini bildirib: “Bu insanın aparıcılıq etdiyi verilişə gəlməli idim, alınmadı. Həmin dövrdə evimdə söz-söhbət var idi. Tolik, onun yox, sənin verilişinə gəldiyim üçün instaqramda tamam başqa fikirlər yazdı. Mən onu yox, o məni təhqir etdi. Çıxıb efirdə ağzına gələni danışdı.

Hətta əlini çevirib mənə dedi ki, “kül sənin başına”. Mənə nə deyibsə, cavabını da alıb. Fikir verirəm, yenə dilinə sahib çıxmır, mənə sözlər atır. Dillənmirəm, kənara çəkilib izləyirəm. Belə bir məsəl var- “Söymə şah atamı, söyməyim nökər atanı”. İndi də eşidirəm ki, məni məhkəməyə verib”.

Qeyd edək ki, Sərxan Mətanət Əsədovanı sosial şəbəkədə kişi məclisində içki içən yerdə çəkilən videosuna görə tənqid edib. Onlar arasında dava bundan sonra başlayıb.

Xəbər 3373 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +