“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


03.01.2019  11:42 

31 dekabr - Səfər Mehdiyevin fiaskoya uğradığı gün





A+  A-

Səfər Mehdiyev pafosla elan etmişdi ki, gömrük tam şəffaf və təmiz işləyir. İstərdik ki, bu bəyanlara inanaq.
Amma və lakin 31 dekabr Bakı küçələrində baş verənlər bunun tam əksini göstərdi. Küçələrdə elə part-a-part düşmüşdü ki, əvvəl elə fikirləşdik ki, bu qələbə atəşfəşanlığıdır. Bəs polisin bazarlardan aşkarlayıb götürdüyü yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr hardan girib Azərbaycana?
Əgər Səfər Mehdiyevin gömrüyü şəffaf və düz işləsə idi, məntiqlə o gün küçələrdə o qədər fişənglər və partlayıcı paketlər atılmazdı. Çünki bütün bu dediklərim Azərbaycana gömrüklərimizdən keçərək gəlib.Və əgər onların gətirilməsi yasaqdırsa, deməli məntiqlə gömrük işçilərinin gözlərini bağlamaq üçün kimlərə isə yaxşı pullar verilib.

XəzərNews.az tərəf.az-a istinadən xəbər verir ki, Binə "bazar"-ı kimi tanıdığımız bazarda bir satıcı altdan neçə və hansı cürə partlayıcı paket, fişəng istəsən satırdı. Ona alver adı altında sual verdim ki, " Bacıoğlu axı bunları gətirmək yasaqdır, gömrük buraxmır? Siz necə gətirisiniz?" Dedi: "Dayı güya Səfər aydan gəlib? Elə əvvəldən ordaydı. Sadəcə qiymətlər bir az artıb.Pulunu ver nə istsən gətir.Sadəcə lazımlı adamaları tanımalısan və kimə pul verməli olduğunu bilmlisən....."

Bəs sosial şəbəkələrdə dolaşan partlayıçıların uşaqların əlində partlaması xəbərlərinə nə demək olar?

Belə çıxır ki, kimlərsə öz nəfsinin qurbanı olub Azərbaycan sərhədlərindən gömrük nəzarəti vasitəsiylə milyonlar qazanmaq üçün bu qədər partlayıcı maddələr keçirməyi bacarıblarsa, deməli sabah böyük pullar vasitəsiylə başqa alçaqlıqları da edə bilərlər.

Bax belə əziz oxucular, ən sadə həqiqəti elə o malları satanlar bilirmiş!
Qaldı DGK-nin sədri Səfər Mehdiyevin pafoslu sözlərinə, ona cavabı 31 dekabrda Bakı küçələri verdi.

Qarşı tərəfi dinləməyə hazırıq!

Xəbər 3464 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +