Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


07.11.2018  10:32 

“Quska” vəkilini dəyişdi





A+  A-

Hazırda həbsdə olan "Quska" ləqəbli iş adamı Hüseyn Abdullayevin vəkili dəyişib.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, H. Abdullayevin müdafiəsinə Vəkillər Kollegiyasının üzvü Cavid Rzazadə qoşulub.

C. Rzazadə məlumatı təsdiqləyib və bildirib ki, artıq müvəkkili ilə görüşüb: "Hazırda səhhəti ümumi olaraq normaldı, amma bəzi narahatlıqlar var, arterial təzyiqi stabil deyil. Yaxın qohumları və müdafiəçiləri ilə telefon əlaqəsi saxlamasına və qohumları ilə görüşməsinə qoyulan məhdudiyyətin götürülməsi üçün mənə istintaq orqanına vəsatətlə müraciət etməyi tapşırıb".

C. Rzazadə digər vəkillərin H. Abdullayevin müdafiəsini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirib: "Əvvəlki vəkillərindən imtina etmək niyyətindədir. Yaxın günlərdə başqa vəkillər də onun müdafiəsinə qoşulacaq".

Rəsmi açıqlamaya görə, onun barəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkədən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyədə tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib.

"Quska" həm də hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir.

Xəbər 3299 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +