İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


01.10.2018  15:56 

“11 aydır atamdan xəbər almıram”





A+  A-

“Atamdan sonuncu məktubu 2017-ci il noyabrın 1-də almışam”.
XəzərNews.az xəbər verir ki, bu sözləri erməni girovluğunda olan Dilqəm Əsgərovun doğum günü ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin keçirdiyi tədbirdə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, 11 aydır atasından xəbər almadığı üçün narahatdır. “Əslində, 3 aydan bir video görüntü gəlməlidir. Lakin nə video, nə də məktub var. Bununla bağlı Qırmızı Xaç komitəsi və dövlət qurumlarına müraciət etmişik. “Qırmızı Xaç”dan bizə şifahi cavab verildi ki, vəziyyəti normaldır. Dövlət qurumları isə atamın özünün məktub yazmaq istəmədiyini bildirdilər. Onlardan videonun göndərilməməsinin səbəblərini soruşuram. Onlar isə bildirir ki, özü istəmir. Bunu hamımız bilirik ki, bu belə deyil.

Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir. Qondarma məhkəmənin qərarı ilə atam ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub. Hal-hazırda Şuşa həbsxanasında saxlanılırlar”.

K. Əsgərov deyib, atası və Şahbaz Quliyevin girovluqdan azad olunması ilə dünyanın bir çox ölkəsində, beynəlxalq qurumların tədbirində çıxış edib. “Təəssüf ki, dünya birliyi hələ də bu ədalətsizlik qarşısında susur. Biz haqq səsimizin dünyaya çatdırılması ilə bağlı atdığımız addımları davam etdirəcəyik”.

Xəbər 3071 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +