İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


03.07.2018  15:51 

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatı müzakirə olundu





A+  A-

Bu gün (iyulun 3-də) “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) konfrans zalında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində sayca 3-cü tədbir keçirildi.
XəzərNews.az-ın məlumatına gprə, tədbirdə çıxış edən “Paradiqma” İctimai Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri, professor Elman Nəsirov vurğuladı ki, layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını və bu kontekstdə informasiya təhlükəsizliyinin rolunu araşdırmaqdan, tədqiqat predmeti ilə bağlı elmi-nəzəri mühakimələr, ideyalar, praktiki tövsiyələr irəli sürməkdən, bu prosesi elmi-analitik, nəzəri-konseptual və praktiki xarakterli yanaşmalarla təmin etməkdən, habelə müvafiq təbliğat, təşviqat və maarifləndirmə işləri həyata keçirməkdən ibarətdir.

Tədbirdə çıxış edən tarix elmləri üzrə elmlər doktoru, professor Musa Quluzadə qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyinin yeri və rolunun araşdırılmasına, bu istiqamətdə atılması vacib olan preventiv, profilaktik və perspektiv xarakterli addımları əsaslandırmasına çox böyük ehtiyac var.

Müzakirələrdə iştirak edən tələbələr Vüsalə Əzizli, Günay Məmmədova, Zərifə Həsənli, Ramil Məmmədzadə, Nəzakət Bayramova və başqaları layihə çərçivəsində nəzərdə tutulan vəzifələrin icrasında yaxından iştirakın vacibliyini vurğuladılar və bu istiqamətdə konkret təklif və tövsiyələr irəli sürdülər.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilçiləri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edirdi.

Xəbər 2443 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +