“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


31.05.2018  14:05 

Qüdrət Həsənquliyev: “Elm və təhsilə ayrılan xərclər yetərli deyil“





A+  A-

“Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin vəzifələrini layiqincə yerinə yetirilməsi müsbət haldır. Büdcənin gəlirlər hissəsi yerinə yetirilsə də, bəzi sahələrdə maliyyələşdirmədə problemlər olub”
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev 2017-cü il büdcə müzakirələrindən danışarkən bildirib.

Millət vəkili elm və təhsilə ayrılan xərclərin yetərli olmadığını deyib:

“Məni narahat edən məsələ elm xərcləridir. Ötən il elm xərclərinə 118 milyon vəsait ayrılıb, 8 milyon 220 min istifadə edilməyib. Buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniyada xarici tələbələrdən hər il 20 milyard funt strerlinqdən çox gəlir götürür bunun hesabına hər il 200 mindən çox iş yeri artırılır. Bunun üçün bizim potenzialımız var. İran, Türkiyə və Asiya ölkələrindən tələbə cəlb etməyimizə imkan var”.
Millət vəkili qısa zamanda universitetlərin yataqxanalarının tikilməsinin də vacib olduğunu bildirib:

“Bu gün universitetlərin yataqxana problemı var. Bakı Dövlət Universitetinin yataqxanası illərdir sökülüb və yenisi tikilmir. Digar ali məktəblərdə də oxşar problem yaşanır. Bu gün tələbələr xaricdə ali təhsil üçün kampusların olmasına önəm verirlər”.

Xəbər 2903 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +