“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


15.05.2018  11:09 

Əfv olunmaq istəyənlərin çoxu bu cinayətə görə həbs olunub





A+  A-

"Biz Əfv Məsələləri üzrə Dövlət Komissiyasına müraciət edənləri fəal və ya qeyri-fəal olmasına görə fərqləndirmirik. Hər bir müraciətə Komissiyanın əsasnaməsində nəzərdə tutulmuş qaydada baxılır".
XəzərNews.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında Əfv Məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, bütün müraciətlər hərtərəfli araşdırılır və müvafiq rəylə bağlı tövsiyə xarakterli qərar qəbul edilir: “Komissiyaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmuş şəxslərdən müraciətlər daxil olub. Bunlar sağlamlıq, mülkiyyət, ictimai qayda, nəqliyyat əleyhinə, o cümlədən iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə bağlıdır. Müraciətləri xüsusi olaraq fərqləndirmək mümkün deyil”.

Onun sözlərinə görə, hər cinayətə fərdi qaydada yanaşılır: “Xüsusilə də mülkiyyət və nəqliyyat əleyhinə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə bağlı daxil olan müraciətlər daha çoxluq təşkil edir. İndiyə kimi yüzlərlə müraciətə baxılıb. Artıq iclaslar yekunlaşmağa doğru gedir”

Ə. Nuriyev vurğulayıb ki, konkret bir şəxsin əfv olunub olıunmayacağı barədə fikir söyləməkdə səlahiyyətli deyil: “Əfv etmək cənab prezidentin müstəsna konstitusion səlahiyyətindədir. Komissiya yalnız konfedensial qaydada bu və ya digər şəxsin əfvi ilə bağlı tövsiyə xarakterli rəylər hazırlayır. “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar əldə etmək haqqında” qanunların tələblərinə görə hər hansı şəxs haqqında onun şəxsi məlumatları barədə məlumat vermək düzgün deyil. Bu qanunla qadağan edilib. Bu yalnız şəxsin özünə aiddir. Şəxs özü və ya onun üçün müraciət etmiş şəxslər bu haqda məlumat verə bilər.

Digər tərəfdən müzakirələrin hansı nəticələrə gətirib çıxarması barədə rəylər vermək də yanlışdır. Bu etik qaydaların pozulması kimi qiymətləndirilə bilər. Çünki Komissiyada işgüzar müzakirələr gedir. Bunlar haqqında da məlumat vermək doğru deyil”.

Xəbər 2576 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +