“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


14.04.2018  19:05 

Bakının Baş Planı ilə bağlı yeni detallar açıqlandı





A+  A-

““Böyük Bakının Regional İnkişaf Planı” artıq tərtib olunub. Son dövrdə şəhərin mərkəzində yeni binaların tikilməməsi, müəyyən tikinti işlərinin şəhərdən kənara çıxarılması “Bakının Baş Planı” ilə əlaqədardır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Deputat bildirib ki, “Sovetski”də və başqa yerlərdə evlərin, kiçik binaların sökülməsi “Bakının Baş Planı” ilə əlaqədardır.

“Bakının Baş Planı” nda şəhərin yaşıllaşdırılması, yeni parkların salınması, binaların tikilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlər aparılır. Hər bir ölkədə şəhərin Baş Planı olmalıdır. Baş Plan olmadan şəhərin salınması çox çətindir. Çünki Baş Planın olmaması insanlar üçün problemlər yaradır. Nəqliyyat sahəsində problemlərin aradan qalıdırlması, yaşıllıqların salınması və bağçaların tikilməsi üçün mütləq Baş Plan olmalıdır”.

Qeyd edək ki, “Böyük Bakının Regional İnkişaf Planı”layihəsinin istinad tarixi 1 yanvar 2011-ci il götürülməklə hesabat müddəti 2030-cu il qəbul edilib.

Xəbər 2969 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +