İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


12.02.2018  11:32 

Fəridə Əzizovanın evindən 70 min oğurlanıb





A+  A-

Bakıda məşhur xanım idmançının evi qarət olunub.
XəzərNews.az Criminal.az-a istinadən xəbər verir ki, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edildi. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin sevgilisidir.

Qeyd edək ki, F.Əzizova 2013-cü ildə Dünya Çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 2015 Avropa Oyunlarında qazanılmış yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu oldu.

Xəbər 2917 dəfə oxunub.



20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +