“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


16.01.2018  10:25 

Peşə məktəblərinin müəllimləri imtahana çəkilir





A+  A-

Bu ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdrilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub. 2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib. 51 peşə-ixtisas istiqaməti üzrə tədris etdikləri ixtisaslara müvafiq ali və ya orta ixtisas təhsilli fənn müəllimləri və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilmədə iştirakına şərait yaradılıb. Diaqnostik qiymətləndirmənin bu mərhələsində daha çox “Aşpaz”, “Kompüter ustası”, “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Geyim üzrə dizayner”, “Əl elektrik qaynaqçısı” ixtisasları üzrə mühəndis-pedaqoji heyət iştirak edib, ixtisas və metodika sahəsində sualları cavablandırıb. Nəticələrdən asılı olaraq mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Xəbər 3055 dəfə oxunub.




21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +