Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


04.01.2018  09:46 

Maşın alverçiləri üçün daha bir qadağa - VİDEO





A+  A-

Yaponiya və Böyük Britaniya istehsalı olan bəzi avtomobillərin sükanının yeri dəyişdirilir.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu proses təhlükələrə yol açdığı üçün yanvarın 1-dən Gürcüstanda avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub. Azərbaycanda da bu qəbildən olan xeyli avtomobil var.

Mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri dəyişir. Bu zaman kiçik bir məsuliyyətsizlik böyük faciələrə yol aça bilər.

Dəyişdirilən digər hissə isə idarəetmə panelinin şitidir.

Elçin Abbasov deyir ki, dəyişdirilmə zamanı bəzən xırda detallara diqqət yetirilmir. Bu da sürücüyə çətinlik yaradır.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyinə görə, sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Ölkədə kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir. Bu da ölkə xaricində baş verir. Onlar da bütün təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Mütəxəssislər sükanın yeri dəyişdirilən avtomobil aldıqda onu detallı şəkildə texniki baxışdan keçirməyi məsləhət görürlər.


Xəbər 3576 dəfə oxunub.





20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +