Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


01.12.2017  10:43 

İlham Əliyev beynəlxalq konfransda Ermənistanın işğalından DANIŞDI





A+  A-

Müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın təhlükəsizliyi Ermənistan təcavüzü nəticəsində ciddi təhdidlərlə üz-üzə qalıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal altında saxlayır".

İlham Əliyev bildirib ki, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

"Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ regionunda və 7 ətraf rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və hesabatlar göstərir ki, bu ərazilərdə vandalizm əməlləri törədilib. Bizim şəhərlərimiz, kəndlərimiz, məzarlıqlarımız, məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb".

Prezident xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib: "Status-kvo qəbuledilməzdir. Bu, yalnız Azərbaycan tərəfindən deyil, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də bəyan edilir. Bu ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir və qəbuledilməzdir".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.

Xəbər 2743 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +