“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


26.07.2017  15:37 

Bakıda qanunsuz küçə ticarətinə niyə son qoya bilmirlər...





A+  A-

Qanunsuz küçə ticarəti Bakının bəzi ərazilərində, xüsusən də metrostansiyaların çıxışlarında müşahidə edilir. Mübarizə aparılmasına baxmayaraq, icazəsiz küçə ticarətinə hələ ki son qoya bilmirlər.
XəzərNews.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a küçə ticarəti ilə bağlı hər zaman mübarizə aparıldığını deyib.


“Yayın gəlişi ilə bağlı şəhərə kənd təsərrüfatı məhsulları gətirilir Onların gətirilməsi, yerləşdirilməsi, satışının həyata keçirilməsi qanun çərçivəsində həyata keçirilir. Bizim də vəzifəmiz ondan ibarətdir ki, küçələrdə qanunsuz satışın qarşısını almaqdır. Bunu nə dərəcədə etdiyimizi Bakı sakinləri deyə bilər.
Ötən illərlə müqayisədə küçə ticarəti xeyli azalıb.
Bu gün metrostansiyaların giriş-çıxışında, Dəmiryol vağzalının ətrafında - hansı ki, qatarlarla birbaşa məhsulların gətirilmə nöqtəsi sayılır, o ərazilərdə biz işçi qüvvələri qoymuşuq, qarşılarını yerindəcə alırıq ki, qeyri-qanuni satış həyata keçirilməsin.
Son zamanlar müşahidə etmişik ki, “Koroğlu” metrostansiyasının ətrafında küçə ticarəti intensiv xarakter alıb, bununla da mübarizə aparırıq. Bu işdə Bakı Şəhər Baş Polis idarəsi ilə birgə mübarizə aparırıq”.


Xəbər 2970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +