“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar


26.04.2017  12:58 

Prezident işsizlik sığortası ilə bağlı qanun layihəsini parlamentə göndərib





A+  A-

"İşsizlik sığortası ilə bağlı qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə göndərilib".
XəzərNews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, Milli Məclisin yaz sessiyasının 1-ci oxunuşda bu məsələyə baxıla bilər: "Çünki biz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə bu barədə artıq danışmışıq. Mayın sonu - iyunun əvvəlində bu məsələləri Milli Məclisdə ilk oxunuşa çıxarılması nəzərdə tutulub. İkinci və üçüncü oxunuşlar Milli Məclisin payız sessiyasında baş tuta bilər. Çünki qanun layihəsinin qüvvəyə minməsi kimi 1 yanvar 2018-ci il tarixi göstərilib. Müəssisənin ləğvi ilə bağlı işçilərin işdən azad olunması, ixtisarı ilə bağlı məsələləri var. Bu halda Əmək Məcəlləsinin 72, 79 və 70-ci maddələri arasında bağlılıq və ya ziddiyyətlərin həmin qanunla tənzimlənməsi nəzərdə tutulur. Bütün bu məsələlərin müvafiq kontekstdə yəni həm işəgötürənlərin, həm dövlət orqanlarının, həm də həmkarlar ittifaqlarının baxış bucağından müzakirə edilərək ümumi fikrə gəlinməsi nəzərdə tutulur".

Xəbər 2561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +