Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


24.04.2017  19:17 

“Ermənilərin xoşbəxtliyi bizim üçün özəl əhəmiyyət kəsb edir” - Türkiyə prezidenti





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı erməni patriarxlığında təşkil edilən tədbirə mesaj göndərib.
XəzərNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan mesajında bildirib ki, “ölkəmizdəki ermənilərin rahatlığı, təhlükəsizliyi, xoşbəxtliyi bizim üçün özəl əhəmiyyət kəsb edir. Tək bir erməni vətəndaşımızın belə kənarlaşdırılması, özünü ikinci təbəqə hesab etməsinə dözə bilmərik”.
O həmçinin vurğulayıb: “Yüz illərdir ki, sevinc və kədərdə ortaq olan iki xalqın keçmişin yaralarını sarması və insani bağlarını daha da qüvvətləndirməsi hamımızın ortaq məqsədidir. Bu mənada son 14 ildə bir çox addımlar atdıq, tarixi xüsusda islahatlar həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmağa yönəlik işlərimizi qarşıdakı müddətdə artıraraq həyata keçirəcəyik. 20-ci yüzilliyin əvvəlində həyatını itirən Osmanlı ermənilərinin xatirələrini bir daha yad edirəm. Birinci Dünya Müharibəsinin sıxıntılı şərtləri altında həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.

Xəbər 2624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +