Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


10.03.2017  19:02 

Elmar Məmmədyarov: “Ermənistan siyasi iradə nümayiş etdirməlidir“





A+  A-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən Fransız şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti, habelə enerji, nəqliyyat, humanitar, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrdən, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti, ölkədə açılan fransız litseyi və Azərbaycan-Fransız universitetindən (UFAZ) söz açıb və Azərbaycanın Beynəlxalq Frankafoniya təşkilatı ilə əməkdaşlıq məsələlərinə toxunub.

Nazir yüksək səviyyədə həyata keçirilən səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Andre Reyşar səfərlərinin məqsədinin Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş bilgiyə malik olmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaq olduğunu bildirib. O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, rəsmi Bakının münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ədalətə əsaslanan mövqeyi barədə məlumat verib. O, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtmalı olduğunu bəyan edib. Nazir münaqişənin həlli prosesinin hər kəsə aydın olduğunu və bu xüsusda irəliyə doğru addım atmaq üçün Ermənistanın siyasi iradə nümayiş etdirməli olduğunu vurğulayıb.

Görüş əsnasında E.Məmmədyarov fransalı senatorların regional, ikitərəfli məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyəti bağlı suallarını cavablandırıb.


Xəbər 4914 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +