Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani


29.05.2025  10:09 

İran Fələstin mövzusuna zərbə vurmağa hazırdır - Politoloq





A+  A-

"ABŞ-ın diktəsi ilə Ermənistanın Azərbaycanla birlikdə “İbrahim razılaşması”na qoşulması İranın ətrafında yeni vəziyyət yaradıb. Çünki İran İslam ölkələrindən, fərqli olaraq yalnız Ermənistanla yaxşı münasibətdədir. Ermənistandan ötrü Azərbaycana hücum etməyə hazır olduğunu da dəfələrlə sübut edib".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, Fələstin mövzusu bu vaxta qədər İslam inqilabından kredosu olub:

"İndi Ermənistanın özünün xahişi ilə İsraillə yaxınlaşması Yaxın Şərqdə vəziyyəti dəyişir. Ermənilər Yerusəlimin mərkəzində həlledici bölgü mərhələsində yerləşmişdir. Erməni məhəlləsinin Fələstində və İsraildə olması bütövlükdə Yerusəlimin taleyini həll edəndir. Yerusəlimdə erməni məhəlləsi Təl-Əvivin idarəçiliyində olur. Nə vaxtsa Fələstin dövlətçiliyi ilə bağlı başlanan danışıqlarda erməni məhəlləsi yəhudilərin sərəncamında olacaq. İsrail məhz buna görə Ermənistanın “İbrahim razılaşması”na qoşulmasına razılıq verib".

Politoloq qeyd edib ki, İranın şimalından özünü sığortalamaq, şimal tərəfində İran üçün əlavə təhlükə mənbəyi yaratmaq ABŞ-ın da marağındadır:

"ABŞ İran üçün yeni bir təhlükə coğrafiyası yaradır. Ermənistanı da İran hədsiz müdafiə edir. Xüsusilə Ermənistanın “İbrahim razılaşması”na qoşulması mövzusu yaranan zamandan İranın Ermənistana münasibəti güclənib. Nümayəndə heyətlərinin gəlişi çoxalıb, keçmişdə bütün reallaşdırılmayan layihələrin reallaşdırılması vəd verilib, yaxın həftədə də İranın 5 rəsmisinin Ermənistana səfəri gözlənilir. Bu, İranın tək Azərbaycana deyil, həm də Fələstin mövzusuna xəyanəti kimi qəbul edilə bilər".



Xəbər 2142 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +