“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.06.2017  10:31 

Bakıda qarşıdurma - Mühafizəçilər mağazaya hücum etdi + VİDEO





A+  A-

Bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya mağazadan məlumat verilib. Xəbərdə mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon polis idarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirildiyi qeyd olunub.

Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən AR Daxili işlər Naziri və AR Baş Prokuroruna müraciət ünvanlayacaq.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Qarşıdurma ilə bağlı videonu təqdim edirik:


Xəbər 1400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +