“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.05.2017  22:49 

Azərbaycanda uşaq 6 aydır adsızdır - VİDEO





A+  A-

Əvvəllər tez-tez istifadə olunan adlar unudulmaq üzrədir. Belə davam etsə, Müşfiq, Hamlet, Məcnun kimi adlarla yalnız kitablarda rastlaşacağıq. İndi valideynlər qeyri-adi adlara üstünlük verirlər. Hətta istədikləri adı övladlarına qoymaq üçün dəridən-qabıqdan çıxanlar da var.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Azərbaycanda bir uşaq 6 aydır adsızdır. Buna səbəb atanın oğluna "Musab" adını vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir edib və müraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə, uşaq 6 ay adsız qalıb.
Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub göndərənlərin əksəriyyəti "Ə” hərfini "A” ilə əvəzləmək istəyirlər. Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var.
Müraciətlərin ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya da "yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən valideynlər də komisiyaya məktub göndəriblər.


Xəbər 984 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +