“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.01.2024  17:16 

Türkiyə Suriyada terror dövlətinin yaradılmasına imkan verməyəcək -Hakan Fidan





A+  A-

Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir.

Xəzərnews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi də bu kursun əsas tərkib hissəsidir.

H.Fidan söyləyib ki, son terrorçu məhv edilənə qədər Türkiyənin mübarizəsi davam edəcək: "Terrorçular artıq Türkiyə üçün o qədər də ciddi təhdid yaratmırlar. Onlar daha çox Suriya və İraqın təhlükəsizliyinə təhdiddirlər. Terrorçular üçüncü güclərin dəstəyi ilə mövcudluqlarını davam etdirirlər".

Nazir diqqətə çatdırıb ki, terrorla mübarizə uğurla davam edir: "Əməliyyatlar nəticəsində terrorçuların "rəhbərləri" öldürülür".

O əlavə edib ki, PKK ABŞ ilə əməkdaşlıq edərək Suriyanı bölməyə çalışır. Türkiyə Suriyada terror dövlətinin yaradılmasına imkan verməyəcək. Türkiyənin mübarizə apardığı terror təşkilatlarının ortaq cəhəti Qərbdən maliyyələşmələridir.

Xəbər 1143 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +