200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.04.2021  13:54 

İranla sərhəddə atışma - Yaralanan var





A+  A-

Aprel ayının 16-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmamış və ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılıblar. Saxlanılan şəxslərin İran vətəndaşları 1991-ci il təvəllüdlü Feyzi Yaser Nəriman və 1993-cü il təvəllüdlü Hüseynpur Seccad Həsən olmaları müəyyən­ləş­dir­ilib. Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri - Feyzi Yaser Nəriman qolundan yüngül yaralanıb və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyyə edilib.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirmək istədiyi 2 ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə "Opel" markalı 99-EY-840 dövlət nömrə nişanlı avtomobillə gələn Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Hüseynov Elşən Nizami oğlu və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Sadəddinov Ülvi Qismət oğlu saxlanılıblar. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər 2502 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +