200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.04.2017  12:48 

Rusiya dünyaya yenidən göz dağı vermək istəyir - Yeni istehsalla





A+  A-

Rusiya öz hava məkanını qorumaq üçün “Miq-31” uzaq radiuslu qırıcılardan istifadə etməyə davam edir. Lakin, Moskva qərara alıb ki, bu qırıcı təyyarələri daha da modernləşdirmək zərurəti var.
Əlbəttə ki, Rusiyanın hərbi kontingentində “Miq-31”lər 2030-cu ilə qədər qala bilər, lakin gec-tez onu əvəzləmək lazımdır.

Bu haqda ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri yazıb. Məlumata görə, Rusiya hakimiyyəti “Miq-41”lərin hazırlanması üçün ilkin maliyyə vəsaitlərini ayırıb.
Rusiyalı hərbi ekspert Vasili Kaşin bildirib ki, “Miq-41”lərin hazırlanması layihəsinin gələcəyinə ümidlə baxır.

Onun fikrincə, buna bənzər layihələr 5 və ya 6-cı nəsil döyüş təyyarələrinin istehsalına gətirib

Rusiyanın müdafiə sənayesindəki mənbə isə deyib ki, Rusiyanın bu qırıcı təyyarələri istehsal etmək üçün kifayət qədər resurslara sahib olmasına bir çoxları şübhə edir. Lakin, bu, belə deyil.
Şübhəsiz ki, Moskva bu hərbi təyyarələrin dövriyyəyə girməsinə ciddi şəkildə ümid edir.

(modern.az)

Xəbər 2109 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +