200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.05.2025  14:31 

QHT Agentliyi layihələrin icrasını 100 ballıq şkala ilə qiymətləndirəcək





A+  A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən portalda mövcud olan e-ərizə, e-müqavilə, e-idarəetmə, e-hesabat və e-ekspertiza sistemləri üzərində genişmiqyaslı texniki təkmilləşdirmələr və funksional yenilənmələr həyata keçirilir.

XəzərNews.az qht.az-a istinadla xəbər verir ki, yeni mərhələdə layihələrin qiymətləndirilməsi prosesi elektron hesabat sistemi vasitəsilə onlayn formada icra ediləcək. Qiymətləndirmə Agentlik tərəfindən müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək və 0-dan 100-ə qədər bal aralığında avtomatik hesablanacaq. Nəticələr PDF, Excel və digər formatlarda ixrac edilə bilən hesabatlar şəklində formalaşdırılacaq.

Bundan əlavə, sistem vasitəsilə layihələr üzrə statistik göstəriciləri əks etdirən avtomatik cədvəllər hazırlanacaq. Bu cədvəllərdə keçirilmiş tədbirlərin sayı, dərc olunmuş məqalə və nəşrlərin statistikası, təşkil olunmuş təlimlər, iştirakçı məlumatları və digər mühüm göstəricilər əks olunacaq.

Xəbər 1956 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +