Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


15.11.2018  14:32 

176 ölkə ilə ticarət əməliyyatı olub





A+  A-

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.
XəzərNews.az xəbər verir ki, dövlət Statistika Komitəsinin hesablamalarına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar, idxalın dəyəri 7905,2 milyon dollar təşkil etmiş, nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,3 faiz, o cümlədən ixrac 37,9 faiz, idxal 28,0 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən idxal 2,3 faiz azalmış, ixrac isə 0,9 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,9 faizini İtaliyaya, 8,8 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 5,2 faizini Hindistana, 4,7 faizini Çexiyaya, 4,4 faizini Almaniyaya, 3,9 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini İndoneziyaya, 3,6 faizini Kanadaya, 3,3 faizini Portuqaliyaya, 3,1 faizini Rusiyaya, hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana, 2,3 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 6,1 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,3 faizi Yaponiya, hər biri 3,1 faiz olmaqla İran və İtaliya, 2,6 faizi İsveçrə, 2,3 faizi Birləşmiş Krallıq, 2,1 faizi Cənubi Afrika Respublikası, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Xəbər 1857 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +