200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.09.2023  11:14 

Qarabağa beynəlxalq müşahidə missiyası nə zaman gəlir?





A+  A-

ABŞ Qarabağa beynəlxalq müşahidə missiyasının göndərilməsi məsələsini vacib hesab edir və buna kifayət qədər ciddi yanaşır.

Xəzərnews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Biz beynəlxalq missiya məsələsinə kifayət qədər ciddi yanaşırıq. Biz hesab edirik ki, beynəlxalq missiya çox vacibdir, çünki o, humanitar yardıma və regionda humanitar ehtiyaclarla bağlı bütün digər məsələlərə aiddir. Biz beynəlxalq missiyaya o qədər ciddi yanaşırıq ki, dövlət katibi prezident Əliyevlə telefon danışığında bu məsələni müzakirə etdi. Yəqin görmüsünüz ki, Azərbaycan hökuməti beynəlxalq missiyanın istiqamətini dəstəklədiyini bəyan etdi”, - deyə Miller bildirib.

O, təsdiqləyib ki, Vaşinqton bu məqsədə nail olmaq üçün ən yaxşı mexanizmi müəyyən etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləyir.

"Biz şəffaflığın təmin edilməsinin və humanitar ehtiyacların yerlərdə ödənilməsini təmin etməyin vacib olduğuna inanırıq" - deyə Miller əlavə edib.

Missiyanın vaxtı, tərkibi və fəaliyyət formatının hələ də müzakirə olunduğundan Miller ABŞ-ın bu məsələ ilə bağlı hansı ölkələrlə işləməyi planlaşdırdığı barədə təfərrüatları açıqlamayıb.

Xəbər 3679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +