200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.05.2023  21:26 

İsrail prezidenti Bakıya rəsmi səfərə gəlir..





A+  A-

İsrail prezidenti İshak Hersoq və xanımı Mixal sabah Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda səfərdə olacaq.

İsrail mediası “İranla həmhüdud şiə müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri” vacib “tarixi səfər "adlandırır.

Bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfəri də Tehranın təzyiqlərinə baxmayaraq, İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsinə səfər kimi təqdim edilirdi.

O zaman "Farsnews" İranın səfərə baxışını belə ifadə etmişdi: İsraildə iğtişaşları, İranla regionun ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpasını nəzərə alaraq, biz Bakının daha müdrik davranacağını gözləyirik. Yəni Azərbaycan İsraillə əlaqələrini “region ölkələrinin maraqlarını” nəzərə almaqla yenidən dəyərləndirməli idi.

Xüsusən də ona görə ki, Türkiyədəki seçkilər səbəbindən AKP iqtidarı Bakını əvvəlki kimi dəstəkləyə bilməyəcəkdi və Bakı da Tehranın diktəsini nəzərə almağa məcbur idi. Amma Təl-Əviv və Ər-Riyad arasında danışıqlar yenidən bərpa olunub, Azərbaycan və Türkiyə dostluğunun da sınağı olan seçkidə AKP 17-ci qələbəsini qazanıb, İsrail prezidenti isə Bakıya rəsmi səfərə gəlir..

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 1301 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +