200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.07.2022  16:37 

Fond Ərəb dünyası ilə əməkdaşlığı genişləndirir





A+  A-

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ərəb dünyası ilə əməkdaşlığı genişləndirir

XəzərNews.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.

Görüş zamanı Günay Əfəndiyeva Türk Dünyasının qədim irsinin, tarixinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində təşkilat tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti Türk Dünyası ilə Ərəb Dünyasının yaxınlaşdırılması çərçivəsində təşkilat tərəfindən nəşr olunan “Azərbaycan Qadın Şairələrinin Poeziya Antalogiyası” kitabının ərəb dilində işıq üzü görməsi haqqında məlumat verib. Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh müxtəlif sivilizasiyaların bir araya gətirilməsi yönündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.

Xəbər 1764 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +