200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


31.12.2021  19:28 

Putin üçün “soyuq duş“





A+  A-

Rusiya mediası ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə dünənki telefon danışığının nəticələrini hər nə qədər nikbin notlarla təqdim etməyə cəhd göstərsə də, ancaq bu nəticələr əsl həqiqətdə Putini qane edəcək səviyyədə olmadı.

Daha doğrusu, Putin Baydendən heç bir güzəşt əldə edə bilmədi.

Əksinə, Bayden Ukrayna ilə bağlı Rusiya tərəfinə açıq şəkildə xəbərdarlıq etdi, Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə Vaşinqton və müttəfiqlərinin qəti cavab verməyə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqladı.

Baydenin bu cür prinsipial mövqeyi Putin üçün "soyuq duş" hesab olunur.

Bu telefon danışığı Rusiyanın məlum tələblərdən yavaş-yavaş geri çəkilməsinin başlanğıcı da sayıla bilər. Qərbdən təhlükəsizlik zəmanəti istəyən və postsovet respublikalarının NATO-ya üzv qəbul edilməməsi tələbini irəli sürən Rusiya rəhbərliyi artıq Yeni il tətilindən sonra Rusiya-ABŞ, Rusiya-NATO və Rusiya-ATƏT formatında keçiriləcək görüşlərin gedişində öz tələblərindən tədricən geri çəkiləcək.

Bir sözlə, Kreml anladı ki, Qərblə ultimatum dili ilə danışmaq absurddur və səmərəsizdir.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 1947 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +