200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


22.11.2021  22:03 

Dövlətdən kirayə pulu alan deputatın qayınatası oliqarxdı?





A+  A-

Dövlətdən kirayə pulu alan Milli Məclisin deputatlarının adları açıqlanıb. Siyahıda 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilmiş Anar Məmmədovun da adı yer alır.

Deputat Anar Məmmədov barəsində maraqlı məlumat ortaya çıxıb.

Məlumata görə rəsmi olaraq kirayədə yaşadığı qeyd edilən deputat Anar Məmmədov ölkənin oliqarxlarından biri olan, sabiq nazir Ziya Məmmədovun şəriki, tikinti maqnatı Qulam Ələkbərovun kürəkənidir.

Anar Məmmədovun bir müddət qayınatası Qulam Ələkbərovun tikinti şirkətlərinə rəhbərlik etdiyi deyilir. Deputatın məhz bu amilə, qaynatasının tikinti şirkətlərinə nəzarət etdiyinə görə, nəqliyyat və hüquq üzrə aldığı təhsildən sonra 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olduğu deyilir.

Qulam Ələkbərovun tikinti şirkəti Ziya Məmmədov Nəqliyyat naziri vəzifəsində çalışarkən ən iri layihələrin icraçısı olub.

Belə ki, Bakı şəhərinin girişində fəaliyyət göstərən "Meyvəli bazarı”nın, Füzuli meydanında və 28 may metrosunun qarşısında olan tunellərdəki ticarət mərkəzlərinin, 28 may metrosu ilə üz-üzə olan hündürmərtəbəli yaşayış binasının tikinti işlərini Qulam Ələkbərovun şirkəti həyata keçirib.

Bakı şəhərində çoxsaylı daşınmaz əmlkları olan Qulam Ələkbərovun Ukrayna və Rusiyada da böyük biznesinin olduğu deyilir.

Qeyd edək ki, dövlət hər ay kirayədə yaşayan deputatlara 220 manat pul ödəyir./Qlobal.az

Xəbər 3154 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +