200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.09.2020  10:46 

29 ölkədən Belarusa internetlə bağlı çağırış





A+  A-

ABŞ başda olmaqla 29 ölkə Belarus hakimiyyətini interneti bloklamaqdan çəkinməyə və ölkənin insan hüquqları sahəsindəki öhdəliklərinə əməl etməyə çağırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

“Belarus səlahiyyətlilərini əlaqələrin bloklanmasından və filtrləməsindən çəkinməyə və Belarusun Beynəlxalq Mülki və Siyasi Hüquqlar Müqaviləsinin 19 və 21-ci maddələrinə uyğun olaraq, beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırırıq. Belarus hökumətini sivil məkana, insan hüquqlarına və əsas azadlıqlarına, demokratiyaya və qanunun aliliyinə hörmət etməyə çağırırıq”, - deyə Departamentin yayımladığı açıqlamada qeyd olunub.

Sənədi imzalayan ölkələr Belarusdakı vəziyyətlə bağlı dərindən narahat olduqlarını və 2020-ci il prezident seçkilərindən sonra Belarus hökuməti tərəfindən davamlı olaraq internetin qismən və ya tam bağlanması və məzmun bloklanması barədə son xəbərləri qınadıqlarını bildiriblər.

İnternetin bağlanması və bloklanmasının sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarını əsassız olaraq məhdudlaşdırdığı vurğulanıb.

“Seçkilər kontekstində insan haqlarının pozulması ilə bağlı bütün iddialara dair müstəqil, şəffaf və qərəzsiz bir araşdırma aparmaq və günahkarları məsuliyyətə cəlb etmək lazımdır”,- deyə sənəddə qeyd olunub.

Sənədi ABŞ-dan əlavə Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, Kanada, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Sloveniya, Böyük Britaniya, Ukrayna, Finlandiya, Fransa, Çex Respublikası, İsveçrə, İsveç, Estoniya və Yaponiya hökumətləri imzalayıb.



Xəbər 2062 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +